Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
24 Fevral , 2020

 

24 Fevral 2020-cı il tarixdə Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada 26 Fevral Xocalı soyqırımı hadisəsinin 28-ci ildönümü ilə əlaqədar “XX əsrin Qan yaddaşı” adlı tədbir keçrildi. Öncə Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə MKS-inin direktoru Eldar Urufov açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdiyini və etnik azərbaycanlılara qarşı soyqırım təşkil etdikləri barədə danışaraq bu hadisənin dünya tarixində analoqu olmayan erməni vəhşilikləri olduğunu diqqətə çatdırdı.

26 Fevral Xocalı soyqırımı hadisəsini metodika və biblioqrafiya şöbəsinin metodisti Aygül Rəhimli geniş məruzə ilə çıxışında Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olunduğunu, bu əməllər mütəşəkkil formada həyata keçirildiyini, deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldığını və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunu vurğuladı. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması, girovların saxlanma şəraitinin kəskin dərəcədə qeyri-qənaətbəxş olması, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilməsi, Xocalı sakinlərinin qanunsuz olaraq mülkiyyətlərindən məhrum edilməsi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildiyi diqqətə çatdırıldı.

Kitabxanaçılardan Ofeliya Ağayeva, Fatimə Məmmədova, Samirə Abbasova milli qəhrəmanlarımız Əlif Hacıyevin, Tofiq Hüseynovun bu dəhşətli faciəni lentə alan Çingiz Mustafayevin göstərdikləri şücaətdən sohbət açdılar. Kitabxana bibloqrafiya  proseslərinin avtomatlaşdirması şöbəsinin müdiri Solmaz Cəfərova XX əsrin qan yaddaşı olan Xocalı faciəsini bir təbliğatçı olaraq daim öz silsilə tədbirlərimizlə gənclər və yeniyetmələr arasında təbliğatın müxtəlif formalarından istifadə edərək təbliğ olunmasının vacibliyindən söz açdı. Sabirabad rayon Mədəniyyət İşçilərinın kitabxana üzrə məsləhətçisi Məhərrəm Cəfərzadə öz çıxışında Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildiyini, 8 ailə tamamilə məhv edildiyini, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdiyini qeyd etdi. MKS-in direktor müavini Nəzakət Salmanova öz çıxışında statistik rəqəmləri önə çəkərək düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü, əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum olmadıgını xüsusi diqqətə çatdırdı.  Xocalı soyqırimı özünün dəhşətləri ilə yaddaşlardan silinməyəcək.

Tədbirin sonunda MKS-nin direktoru Eldar Urufovun iştirakı ilə Tədbirlər Planına əsasən kitabxananın foyesində "Xocalı soyqırımı” ilə bağlı kitab sərgisi və foto-stendlərə baxış keçirildi, “Qana boyanan Xocalım” adlı kino-film nümayiş olundu.