12 noyabr 2019-cu il tarixində M.Ə.Sabir adına mərkəzi kitabxanada Azərbaycan Respublikasının 24-cü il dönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə MKS-in direktoru E.Urufov açaraq Azərbaycan xalqının firavanlığına xidmət göstərən Konstitusiyanın tarixi əhəmiyyəti haqqında geniş çıxış etdi. Sonra isə Azərbaycan Respublikasının Konstitusiyası tarixi haqqında Biblioqrafiya və metodika şöbəsinin baş biblioqrafı A.Rəhimli geniş məruzə etdi. Çıxış edənlərdən Metodika və biblioqrafiya şöbəsinin metodisti S.Rzayeva, Multimediya risusları üzrə mütəxəsis E.Babayeva Konstitusiyanın 48 maddəsinin insan və vətəndaş hüquq və azadlığına həsr olunmasından danışdılar və qeyd etdilər ki, ölkəmiz demokratiya ideyalarına sadiq olur.Tədbirin sonu Konstitusiyaya həsr olunmuş kitab sərgisinə baxışla sona çatdı.
Oxuculara Xidmət şöbəsinin müdiri Z.Kərimova