Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
27 Avqust , 2019

Tədbir Qarabağ döyüşlərində canından keçən bütün şəhidlərin ruhunu 1(bir) dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbiri MKS-indirektormüaviniN.Salmanova açaraq Erməni-Azərbaycan, Dağlıq qarabağ münaqişəsinin problemlərindən söz açdı. Qeyd etdi ki, bu gün Cəbrayil, Füzuli, Qubadlı rayonlarının işğalından düz 26 il keçir. Sonra isə Füzuli, Cəbrayil rayonların tarixi haqqında məruzə üçün sözü Multimediya üzrə mütəxəssis O.Ağayevaya verdi. 31 avqust Qubadlı rayonunun tarixi və işğalı haqqında isə biblioqrafiya şöbəsinin baş biblioqrafı A. Rəhimli məruzə etdi. Hər iki məruzəçisinin çıxışında Azərbaycanın tarixi həqqiqətləri, Erməni- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, XX əsrin ən dəhişətli soyqirimi və beynəlxalq cinayət kimi təsdiqini tapmış Xocalı faciəsi, münaqişə nəticəsində ölkəmizə vurulan zərərin,işğal olunmuş ərazilərdə törədilən Vandalizmin əsl mahiyyəti açıqlandı.

Tədbirdə Oxuculara xidmət şöbəsinin müdiri Z.Kərimova çıxış edərkən Vətəni qanindan, canindan, ruhundan əcdadının rəşadətini, millətinin qeyrətini daşıyan vətən oğulları haqqında söz açdı və qeyd etdi ki, dünyada ən böyük faciə, ən böyük haqsızlıq təcavüz və torpağının işğalıdır.

Tədbir «Vətən əcdadımızın məskənidir»başlıqlı sərgiyə baxışla sona çatdı.

Oxuculara xidmət şöbəsinin müdiri         Z. Kərimova