Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
2 Avqust , 2019

Azərbaycan Əlifbası və Azərbaycan dili Günü.

   1 Avqust 2019-cu il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxanada Azərbaycan dili və Azərbaycan Əlifbası gününə həsr olunmuş tədbir keçirildi.

     Hər bir xalq öz dili ilə yaranır və onun ən böyük sərvəti onun Ana dilidir. Ana dilimizin müqəddəsliyinə həsr olunmuş tədbiri MKS-inin direktor müavini N.Salmanova açaraq dilimizin xalqın yaratdığı dastanlardan, atalar sözlərindən laylaların şirinliyindən söhbət açdı. Sonrada latın qrafikalı Azərbaycan əlifbası haqqında Məruzə üçün sözü Kitabxana İnformasiya Texnologiyası üzrə Mütəxəssiz O.Ağayevaya verdi. O.Ağayeva öz məruzəsində Azərbaycan Əlifbasının dəfələrlə dəyişməsi tarixindən bəhs edən geniş məruzə etdi.   Tədbirdə çıxış edən Oxuculara xidmət şöbəsinin müdiri Z.Kərimova Ümummilli liderimiz H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə 15 respublika içində ilk mübarizə yolu ilə 1978-ci ildə konstutusiyasında Ana dilimizin inkişafı və qorunması istiqamətində verilən mühüm tarixi sənədlərdən söhbət açdı. Tədbirin sonunda böyük şairimizin Ana dilimizə olan məhəbbətini misralara köcürən B.Vahabzadənin “Ana dili” şerini 3 № - li şəhər kitabxanasının kitabxanaçısı Qızqayıt xanım çox məharətlə söylədi.