Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
18 İyul , 2019

Həsrətindəyəm Qarabağ!

 “Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz”

              Ümummilli lider Heydər Əliyev.

     18 iyul 2019-cu il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxanada “Həsrətindəyəm Qarabağ!” başlıqlı tədbir keçirildi. Tədbiri MKS-in direktor müavini N.Salmanova açaraq 26 il bundan əvvəl baş vermiş hadisələrdən danışdı və qeyd etdi ki, tarixi yaddan çıxartmaq olmaz. Sonra isə çıxış üçün sözü Metodika və biblioqrafiya şöbəsinin müdiri N.Bağırovaya verdi. N.Bağırova Ağdərə və Ağdam rayonlarının işğalı haqqında geniş çıxış etdi. Tədbirdə çıxış edənlər Oxuculara xidmət şöbəsinin müdiri Z.Kərimova, Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri S.Şıxəliyeva öz çıxışında yurddaşlarımızın öz torpaqlarından didərgin düşdüyünü söylədilər. Onlar qeyd etdilər ki, Vətənimizi yağı düşməndən azad etmək üçün hər an Ali Baş Komandanın əmrinə hazırıq Vətənimiz təkcə yurd – yuva deyil, Vətən sənsən, Vətən mənəm, Vətən bizik.

 Zəngilan, Cəbrayıl intizardadır

 O, qeyrət qalası Ağdam dardadır

 Dədə Füzulunun gözü yoldadır

 İgidlər irəli, yalnız irəli !

 Tədbir “Həsrətindəyəm Qarabağ” başlıqlı foto-kitab sərgisinə baxışla başa çatdı.