Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
25 İyun , 2019
26 İyun Silahlı Qüvvələr günüdür
25 iyun 2019-cu il tarixində M.Ə.Sabir adına Mərkəzi Kitabxanada 26 İyun Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS-inin direktor müavini Nəzakət Salmanova açaraq tariximizin əlamətdar səhifələrindən olan 26 İyun Milli Ordumuzun yaranması haqqında danışdı və bildirdi ki, 1918-ci il İyun ayının 26-da AXC hökuməti ilk milli 22 may 1998-ci il tarixli fərmanla 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələr günü kimi elan edilmiş və xalqımız həmin günü Milli ordunun yaradılması gününü bayram edir. Ordumuzun yaranma tarixi haqqında kitabxanaçı Qızqayıt Ağayeva geniş məruzə ilə çıxış etdi. Çıxış edənlər Oxuculara Xidmət şöbəsinin müdiri Zərifə Kərimova, İnformasiya-Resurs şöbəsinin müdiri Seyidməsmə Əkbərovaya bildirdilər ki, ordu quruculuğu bizim üçün ən başlıca, ən proritet məsələdir, xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün bunun çox böyük əhəmiyyət kəsb etdiyi vurğulandı. 
Sonda 26 İyun Silahlı Qüvvələr gününə həsr olunmuş sənədli film nümayiş olundu.