Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Xəbərlər
25 İyun , 2019

Seminar iclası

25 iyun 2019-cu il tarixində Mədəniyyət Mərkəzində Sabirabad MKS-inin seminar iclası keçirilmişdir. Seminarda iştirak edən kənd kitabxanaçıları 2019-ci ilin 6 ayı ərzində görülən işlər və keçirilən tədbirlər barədə məlumat verdi.Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhəçisi Telman Əzimov çıxışında kitabxanaçılara işləri ilə bağlı tövsiyələrini bildirdi. MKS-inin direktoru Eldar Urufov çıxış edərək kitbxanaçıların üzərinə düşən məsuliyyət və gələcəkdə görüləcək işlər barədə öz tapşırıqlarını verdi.