Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
13 İyun , 2019

Tariximizin şanlı səhifəsi

13 iyun 2019-cu il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxanada 15 İyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirildi.Tədbiri giriş sözü ilə MKS-inin direktor müavini Nəzakət Salmanova açaraq ümummili liderimiz Heydər Əliyevin keçdiyi yola nəzər saldı və bu böyük şəxsiyyətin 15 iyun tarixində yenidən Azərbaycanı böhrandan xilas etdiyini bildirdi.
Kitabxanaçı Natavan Gözəlova tariximizin şanlı səhifəsi olan 15 iyun qurtuluş tarixindən geniş məruzə ilə çıxış etdi. MKS-inin direktoru Eldar Urufov, Oxuculara Xidmət şöbəsinin müdiri Zərifə Kərimova, Biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Solmaz Cəfərova və digər çıxış edənlər azadlıq və müstəqillik uğrunda şanlı mübarizə yolu keçmiş Azərbaycan xalqının Heydər Əliyevin müdrik siyasətinin nəticəsində müstəqillik əldə etdiyini bildirmişlər. Qeyd edildi ki, Heydər Əliyevin xalqın təkidli tələbləri ilə 15 iyun 1993-cü il tarixində hakimiyyətə qayıdışı Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Tədbirin sonunda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş olunudu.