Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
10 May , 2019
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

31 may 2019-cu il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə MKS-inin direktoru Eldar Urufov, 1 saylı Uşaq baxçasının müdiri İradə xanım və digər çıxış edənlər gələcəyimiz olan uşaqlara öz arzu və diləklərini bildirdilər. Qeyd olundu ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın sabahı olan uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlamışdır. O da vuruğulandı ki, Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.
Uşaqlara həsr olunmuş tədbir onların böyük sevincinə səbəb olmuşdur.Tədbirdə balaca fidanların hazırladığı kompozisiya qonaqlar tərəfindən maraqla qarşılandı. Tədbir musiqi proqramı ilə sona çatdı.