Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Xəbərlər
27 May , 2019

28 May Respublika günüdür!
27 may 2019-cu il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxanada 28 May Respublika gününə həsr olunmuş tədbir keçirildi. MKS-inin direktoru Eldar Urufov tədbiri giriş sözü ilə açaraq Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyəti qısa ömür yaşasa da xalqımızın yaddaşında əbədi iz qoyduğunu bildirdi və qeyd etdi ki, milli dövlətçilik ənənələrinin XX əsrin sonunda yenidən bərpa edilməsində siyasi və mənəvi bir məktəb olmasında, xalqımızda azadlıq və müstəqillik fikirlərinin daha da gücləndirilməsində Azərbaycan Xalq Cümhuriyyətinin rolu əvəzsizdir. Kitabxanaçı Sevil Rzayeva Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucuları haqqında geniş məruzə etdi. Tədbirdə çıxış edənlərdən MKS-inin direktor müavini Nəzakət Salmanova, Oxuculara Xidmət şöbəsinin müdiri Zərifə Kərimova, İnformasiya-Resurs şöbəsinin müdiri Seyidməsmə Ələkbərova çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində mədəni, sosial-iqtisadi və digər sahələrdə gördüyü işlərdən danışdılar. Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulduğunu vurğulayaraq qeyd etdilər və bildirdilər ki, həmin gün Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu arzularının çiçək açdığı bir gün olmuş, əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqının ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzularına qovuşmuşdur. 
Tədbir 28 May Respublika gününə həsr olunmuş daimi sərgiyə baxışla sona çatdı.

İnformasiya-Resurs şöbəsinin müdiri 
Seyidməsmə Ələkbərova