Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Xəbərlər
10 May , 2019

Oxu Bayramı

10 may 2019-cu il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxana Mədəniyyət mərkəzində Ümummilli liderimiz H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XI-ci Kitab bayramı təşkil edilmişdir. Kitabxanamızda ənənə halını almış bu bayramın böyük əhəmiyyəti vardır. Bu bayramda çoxlu sayda oxucuların maraqları öyrənilir və Ümummilli liderimiz H.Əliyevin əvəzsiz xidmətləri bir daha oxucu diqqətinə catdırılırdı. Nümayiş etdirilən sərgilərdən H.Əliyev irsi daimi sərgilər, yeni kitab sərgiləri, mövzu sərgiləri geniş sayda oxucu diqqətini çəkmişdir. Sərgilər təşkil olunarkən onun tərtibatına çiddi diqqət göstərilmişdir. Kitabxana işçiləri sərgiyə tamaşa edən oxucular arasında geniş izahat işi apardılar. 2019-cu il Nəsimi ili olduğu üçün İmadəddin Nəsiminin şerləri, qəzəlləri söylənilir və Nəsimi kitabları oxucuların diqqətinə çatdırılır aydınlıq gətirilirdi. Sərgilərdə Azərbaycanın tarixi şəxsiyyətləri, Qarabağ hadisələri , yazıçı və şairlərin, alimlərin əsərləri nümayiş etdirildi. Sərgilənmiş kitablara rayon rəhbərliyi ciddi maraq göstərərək kitabxana işçilərini bayram münasibəti ilə təbrik etdi. Rayonda Ümummili liderimiz H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş iclas kecirildi və musiqi sədaları altında kitab bayramı sona çatdı.