Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
23 Aprel , 2019

19 aprel 2019-cu il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxanada Sabirabad Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Azərbaycan Vətən Müharibəsi Vetranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin (AVNVİBRŞ) təşkilatçılığı ilə tədbir keçirildi. İlk öncə 20 Yanvar küçəsindəki parkda “Heykələ dönən qardaşlar”ın büstü ziyarət edildi. Tədbir şəhid Vaqif və Zakir qardaşlarının xatirəsinə həsr olunmuşdur. Tədbirdə Vaqif və Zakir Fərzullayev qardaşlarının ailə üzvləri və döyüş yoldaşları iştirak edirdilər. Tədbir Qarabağ uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin yad edilməsi ilə başlandı. Tədbirə sədirlik edən MKS-nın direktoru E.Urufov öz çıxışında qeyd etdi ki biz gənclər arasında tez-tez belə tədbirlər təşkil edirik və şəhid qardaşlar haqqında geniş söhbət açdı. Sonra isə məruzə üçün sözü Oxuculara Xidmət şöbəsinin müdiri Z.Kərimovaya verdi. Z.Kərimova yetişməkdə olan gənc nəsildə torpağa məhəbbət düşmənə nifrət hissinin aşılanmasından və Fərzullayev qardaşlarının göstərdiyi qəhrəmanlıq salnaməsindən danışdı. Tədbirdə iştirak edən AVMVİBRŞ – nin sədri F. Hüseynov Ağdam bölgəsində şəhid Vaqiflə  birgə olduğu döyüş tarixindən danışdı. N.Quluyev iştirak edərək öz çıxışında gəncləri, yeniyetmələri vətənpərvərliyə, unutqan olmamağa və torpaqlarımızın toxunulmazlığından geniş şöhbət açdı. Tədbirdə çıxış edənlərdən Sabirabad rayon DSİK müəlliməsi Səidə xanım, Tarix Diyarşünaslıq muzeyinin direktoru Ş. Əsgərova MİHT- nin sədri T.Əzimov öz çıxışlarında Qarabağın istər sülh, istərsə də hərb yolu ilə torpaqlarının geri alınmasından və bizim güclü silahlı ordumuzun olduğunu qeyd etdilər. Tədbirdə 5 saylı N.Gəncəvi adına orta məktəbin şagirdləri də iştirak edirdilər. Onlar şəhidlərə və Azərbaycan ordusuna həsr olunmuş şerlər söylədilər    Tədbirdə Vaqif və Zakir qardaşları ilə çiyin-çiyinə döyüşən müharibə iştirakçılarına AVMVİB –nin xatirə medalı ilə təltif olundular. Abdullayev Vidadi Əvəz oğlu, Əkbərov Füzuli Ələkbər oğlu,Talıbov Balasər Gənci oğlu, Hüseynov Ərəstun Allahbaxış oğlu, Əliyev Siyasət Əliş oğlu, Dadaşov Siyasət Məmmədağa oğluna “Milli Ordu-100” medalları ilə təltif olundular. Tədbirdə eyni zamanda təşkilatın adından MKS-nin direktoru E.Urufov gənclər arasında Vətənpərvərlik ruhunda təbliği sahəsində göstərdiyi fəaliyyəyinə görə AVMVİBRŞ –nin “Fəxri fərmanı” ilə  təltif olundu.   Tədbir Vaqif və Zakir Feyzullayev haqqında yazılan foto kitab sərgisinə baxışla sona çatdı.