Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
4 Aprel , 2019

Azərbaycan vahid Turan elinin bir parcası olaraq şərəfli bir tarixi ömür yolu kecmişdir. Bu şərəfli ömür yolunun gerçəkləşməsinin səbəbi isə neçə-neçə qəhrəman vətən övladlarıdırki, bu gün Azərbaycan dövlətinin var olmasının əsas səbəbi də olardı. Tarix boyu Azərbaycan bütöv vahid bir dövlət olmuş amma təssüfki tarixdə dəfələrlə qəsbikarların və torpaqlarımızda gözü olan düşmənlərin hücumlarına məruz qalmışdı .Azərbaycan dövlətinin yeni müstəqilliyi ilə barışmayan mənfur düşmənlərimiz Türk dünyasının düşmənləri olan ermənilər, öz havadarları sayəsində yenicə müstəqilliy qazanmış bir dövlətin üzərinə hücum etdilər. Onlar Azərbaycanın Qərb torpaqlarında ermənistan dövləti qurmasına baxmayaraq indi də Azərbaycanın dilbər guşələrindən biri olan Qarabağa iddia edirdilər. Öz havadarları sayəsində özlərinə Azərbaycan torpaqlarında dövlət qurmasına baxmayaraq onlar bu dəfə də, böyük ermənistan xülyasına düşərək bunun yolunda Qarabağı almaqdan keçir, fikrinə düşdülər. Çox təssüf ki, Yeni Müstəqil olmuş Azərbaycanın ordu quruculuğu yaxşı olmadığı üçün onlar bunu xarici qüvvələrin sayəsində bacardılar. 1995 – ci ildə isə Azərbaycan ilə ermənistan arasında atəşkəs bağlanıldı və məsələni sülh yolu ilə həll olunmasına razılıq verildi. 25 il atəşkəs rejimi olmasına baxmayaraq atəşkəsi dəfələrlə pozurdular. Onlar fikirləşmirdilər ki, artıq Azərbaycan xalqının səbri qalmamış. Torpaqlarının azad olunmasını tələb edəcəklər.Aprel ayının ikisində ermənilər təxribat edərək Azərbaycan torpaqlarının işğal olunmuş ərazilərinə hücuma keçdilər. Amma yaddan bir şeyi çıxatmışlardı ki, bu gün Azərbaycan daha çox inkişaf etmiş, daha çox güclü ordu quruculuğuna nail olmuşdur. Xalqımızın igid əsgərləri  vətən uğrunda bir an belə tərəddüd etmədən döyüşə atıldılar və düşmənə öz güclərini göstərdilər. Bu 4 günlük müharibə zamanı ordumuz böyük qələbə qazandı və iki yüksəklik ələ keçirərək nəzarəti öz əlinə aldı. Azərbaycanın şanlı 3 rəngli bayrağının Lələ təpəyə sancılması və dalğalanması idi. Əlbətdə heç bir uğur şəhid vermədən əldə edilməz. Bu uğura imza, şəhid qanı ilə atıldı. Bu 4 günlük müharibədə  biz də Azərbaycan gənclərinin, ordumuzun Ali Baş Komandanı dövlətimizin başçısı İlham Əliyev cənablarına “Müharibə, əmri ver Ali Baş Komandan” Biz Azərbaycan Gəncləri Səninləyik, müraciəti ilə yadda qalsada Ermənistanda bunu görmədik. Orada isə qorxu höküm sürürdü , artıq onları müdafiə edənlərdə onları taxsırkar çıxarırdılar. Əvvəllər Azərbaycanı bir-necə qardaş ölkə dəstəkləsədə artıq bunların sayı artmışdır. Artıq dünyada Azərbaycan ordusunu, Azərbaycan əsgərinin ğördü. Ordumuzun Ali Baş Komandanı, Dövlətimizin başçısı Prezident İlham Əliyev cənabları dəfələrlə çıxışlarında biz tarixi torpaqlarımıza qayıdacıq söyləmiş Ermənistanın bir dövlət deyil bir qurum olmasını bildirmişdir. Bu 4 günlük müharibə Azərbaycan xalqının döyüş əzmini artırdı. Ali Baş komandanın dediyi kimi “Biz güclü dövlətik və biz qalib gələcəyik”  Allah rəhmət eləsin .