Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
25 Fevral , 2019

Xocalı Soyqırımı

25 fevral 2019- cu il tarixində M.Ə.Sabir adına Mərkəzi kitabxanada Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir Xocalı şəhidlərinin və qəhrəmanlarının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Tədbiri giriş sözü ilə Sabirabad MKS-inin direktoru Eldar Urufov açdı. O, dünya tarixində görünməyən erməni vəhşilikləri haqqında ürək ağrısı ilə danışaraq çıxış etdi. Sonra RMİ-nin məsləhətçisi Telman Əzimov çıxış edərək xalqımıza qarşı yeridilmiş məqsədyönlü soyqrım haqqında danışdı. Tədbirdə çıxış edənlər əsrin dəhşətlərini-Xocalı faciəsini lentə alan Milli qəhrəmanımız Çingiz Mustafayev, Xocalının Milli qəhrəmanlarından olan Tofiq Hüseynov, Əlif Hacıyev haqqında danışdılar. Onların ruhu yalnız xatirələrə güvənir, xatırlanmaqdan, anılmaqdan rahatlıq, dinclik tapır. Onların adını gələcək illərə aparan təkcə qanlı abidələr, tunc heykəllər, mərmər salnamələr deyil, həm də, şəhidlərin şəhid qanı ilə yazılmış kitablardır.
Tədbirdə çıxış edən Aftomatlaşma şöbəsinin müdiri Solmaz Cəfərova Xocalı soyqrımının tarixi faciəsini yaşayan millətimizin o ağır gününü daim gənc nəsillərə təbliğ etmək və onları vətənpərvərlik ruhunda tərbiyyə etmək biz kitabxanaçıların borcu olduğunu söylədi. Tədbir Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş filimə baxışla sona çatdı