Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Elanlar
24 Yanvar , 2019

ELAN

 

Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada XI Oxu bayramı və Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş planlı şəkildə kütləvi müsabiqələr təşkil olunur. Müsabiqənin təşkili, oxucu marağının öyrənilməsi, mütaliə ənənələrini təbliğ etməkdir. Müsabiqədə yaş məhdudiyyəti yoxdur. Müsabiqədə iştirak etmək istəyənlər tələb olunan sənədləri Sabirabad MKS-inin rəhbərliyinə təqdim edə bilərlər.
Sənədlərin qəbulu 01 may 2019-cu il tarixində başa çatır.

Tələb olunan sənədlər:


1. Şəxsiyyət vəsiqəsinin surəti
2. Oxunmuş kitabların siyahısı 

3. Oxucu anketinin surəti

        Müsabiqədə:

I Yer (1 nəfər) 300 Azn

II Yer (2 nəfər)   200 Azn                                

 III Yer (3 nəfər) 100 Azn mükafatlar nəzərdə tutulmuşdur.

Həmçinin müsabiqədə 5 nəfərə həvəsləndirici mükafatlar, 5 nəfərə isə müxtəlif hədiyyələr

  təqdim ediləcəkdir.