Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Elanlar
7 May , 2018

"Kitab bayramı-2018"

 

Əziz oxucular!

10 may 2018-ci il tarixində Sabirabad MKS-inin təşkilatçılığı ilə "Kitab bayramı-2018" adlı tədbir keçiriləcək. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr ediləcək.

Ənənəyə çevrilmiş bu kitab bayramı hər il ictimaiyyətin böyük marağına səbəb olur. Layihənin məqsədi müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağını artırmaq, onları maarifləndirməkdir.

Heydər Əliyev adına parkda müxtəlif maraqlı  kitablar sərgilənəcək. Oxuculara yerli və dünya şöhrətli müəlliflərin kitabları həmçinin yeni nəşrlər təklif olunacaq.

Əziz oxucular! Sizi Kitab bayramına dəvət edirik. Kitab Bayramı Heydər Əliyev adına istirahət parkında təşkil ediləcək.