Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Mədəniyyət
27 Aprel , 2018

“Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin yekun mərhələsi 


  26 aprel 2018-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində region üzrə seçilmiş qaliblərin qatıldığı “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin yekun mərhələsi keçirildi. Tədbiri giriş sözü ilə münsiflər heyyətinin üzvü Mehti Mehtizadə açdı. O, XIV əsrdə yaşayıb yaratmış, Azərbaycan dilində gözəl şeir nümunələrini yaradan, qüdrətli sənətkar İmadəddin Nəsimi haqqında ətraflı məlumat verdi. Müsabiqədə Şirvan şəhəri, Saatlı, Sabirabad və Hacıqabul rayonlarından qalib olan şagirdlər iştirak etmişlər. Saatlı rayonundan olan Qasımova Dilbər Məhəddin qızı I yer, Sabirabad rayonu üzrə Əzimov Camal Nazim oğlu II yer tutaraq diploma layiq görülmüşlər. Qalib seçilmiş 2 nəfər Bakı şəhərində keçiriləcək “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinə qatılacaq.