Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Elanlar
22 Yanvar , 2018

“ Nəsimi poeziyası”

 

Müsabiqə

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə uşaq və məktəblilər arasında       “ Nəsimi poeziyası “ qiraət müsabiqəsi keçiriləcəkdir.

        Müsabiqənin I turunun ilk mərhələsi 2018-ci il yanvar-mart aylarında şəhər ( rayon) mərkəzi kitabxanalarında təşkil olunmalıdı. İlk turda hər MKS üzrə cəmi 1 nəfər qalib seçilməli və qaliblər müsabiqənin ikinci mərhələsində iştirak etməlidir.

        Müsabiqənin ikinci mərhələsi cari ilin aprel ayında Bakı şəhəri və 15 regional mərkəz üzrə hər bir şəhər ( rayon) üzrə qalıb gəlmiş bədii qiraətçilər arasında təşkil olunmalıdır. Bu mərhələdə idarələrin müəyyən etdiyi münsiflər heyəti tərəfindən hər region üzrə 2 qalib seçilməlidir.

         Müsabiqənin II turunun cari ilin may ayında Bakı şəhərində təşkil olunacaq. Bu turda nazirliyin müəyyən etdiyi münsiflər heyəti tərəfindən seçilən qaliblər xüsusi hədiyyələr və nazirliyin diplomları ilə təltif olunacaqlar.

 

ELAN

 

Sabirabad  rayon  Mərkəzi kitabxanasının təşkilatçılığı ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin vəfatının 600-cü il dönümünün qeyd edilməsi ilə əlaqədar fevral ayı ərzində “Nəsimi poeziyası” müsabiqə təşkil olunur. Müsabiqədə rayonun ümumtəhsil məktəbinin şagirdləri iştirak edə bilər. Müsabiqənin birinci mərhələsi rayon Mərkəzi Kitabxanasında keçiriləcək. Birinci mərhələnin qalibi Bakı şəhərində keçiriləcək digər mərhələlərdə iştirak edəcək. Qaliblər Mədəniyyət və Turizm İdarəsinin xüsusi hədiyyələri və diplomları ilə təltif olunacaqlar.

         Sabirabad rayon Mərkəzi kitabxanası da müsabiqəyə başlamışdır.

Maraqlananlar rayon Mərkəzi kitabxanası, şəhər və kənd kitabxana filallarına müraciət edə bilər.

 

          Bütün maraqlananlar dəvət olunur.