Sabirabad rayon

MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Tədbirlər
24 Fevral , 2017

24 Fevral 2017-ci il tarixdə M.Ə.Sabir adına Mərkəzi kitabxanada Xocalı  faciəsinin 25 illiyi ilə əlaqədar geniş tədbir keçrilmişdi. Xocalı  qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Sabirabad regioanl mədəniyyət və turizm idarəsinin rəisi Ə.Ramazanov açdı. O, xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından geniş danışdı və qeyd etdi ki, erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsidir. Tədbirdə MKS-in direktoru Eldar Urufov, mədəniyyət mərkəzinin direktoru M.Ağayev, tarix diyarşünaslıq muzeyinin direktoru Ş.Əsgərova, Uşaq musiqi məktəbinin direktoru C.Xəlilov öz çıxışlarında Xocalı faciəsinin insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətlərdən biridir mövzusunda danışaraq onu da qeyd etdilər ki, biz inanırıq, gücümüz, qüdrətimiz dövlət başçısının qətiyyəti sayəsində Azərbaycanın haqq işi qalib gələcək.

Tədbir boyu ölümləri ilə tarix yazmış, yaddaşlara həkk olunmuş igid oğullarımızın misli görünməmiş qəhrəmanlıqlarından, soyqırım həqiqətlərini beynəlxalq aləmə çatdırılmasından “Xocalıya Ədalət!” beynəlxalq kompaniyasının fəaliyyətindən danışıldı.

Tədbirdə “Xoca” filimi nümaiş olundu.

Tədbir “XX əsrin Qan yaddaşı” adlı sərgiyə baxış və xatirə şəkillərinin çəkilməsilə yekunlaşdı.