Sabirabad rayon

MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Xəbərlər
30 Yanvar , 2017

30 yanvar  2017-ci il tarixdə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi Şirvan şəhər Mədəniyyət Mərkəzində klub müəssisələri işçilərinin növbəti seminarı keçirilmişdir. Seminarda klub müəssisələrinin 2016-cı ildəki fəaliyyətinin yekunları və 2017ci ildə yerinə yetirilməli olan vəzifələr müzakirə edilmişdir. Seminarda  Mədəniyyət Mərkəzinin direktoru Namidə Namini, Diyarşünaslıq klubunun müdiri Xatirə Əhədova, “Aran” klubunun müdiri Sevil  Lətifova, “Dədə Qorqud” klubunun müdiri Vüqar Bayramov, “Qarabağ” klubunun müdiri Adilə Qəhrəmanova çıxış etmişlər.

Seminarda qeyd edilmişdir ki, 2015-ci ilin may ayında aparılmış islahatlardan sonra klub müəssisələrinin fəaliyyətində nəzərə çarpacaq dönüş əmələ gəlmişdir. Lakin bu, arxayınlaşmaq üçün əsas vermir. Klub müəssisələrnin fəaliyyətində hələ də nöqsanlar mövcuddur. Öz işini günün tələbləri səviyyəsində qura bilməyən, əmək intizamını pozan işçilər də vardır.

Klub müəssisələrinin 2017-ci ildə fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edildiyi seminarda işçilərə bir sıra metodik göstərişlər verilmiş, təsrübə mübadiləsi aparılmışdır.