Sabirabad rayon

MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

Tədbirlər
25 May , 2016

GSTM-in də təşkilatçılığı ilə VIII Ümumrespublika kitab bayramı təşkil edilib

 “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Sabirabad rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Sabirabad rayonunda VIII Ümumrespublika kitab sərgisi təşkil edib.Kitab bayramının keçirilməsində məqsəd gənclərdə kitaba marağı artırmaq, onlarda mütaliəyə sevgini aşılamaq olub.Tədbirdə çıxış edənlər – Sabirabad rayon icra hakimiyyəti başçısının müavini Şahnaz Babayeva, YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev, Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Vüsal Əhmədov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Ramazanov, Sabirabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Eldar Urufov, Qarabağ Əlillər Cəmiyyəti Sabirabad şöbəsinin rəhbəri Faiq Hüseynov ölkə rəhbərliyinin gənclərin maariflənməsi istiqamətində gördüyü işləri müsbət dəyərləndiriblər,  keçirilən kitab sərgilərinin gənclərdə kitaba marağın daha da artırılması istiqamatindəki xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, bu kimi sərgilərin mütəmadi keçirilməsi olduqca əhəmiyyətli və vacibdir.VIII Ümumrespublika kitab sərgisində müxtəlif mövzuları özündə əhatə edən 2 mindən çox kitab nümayiş olunub. Tədbir iştirakçıların və kitabsevərlərin böyük marağına səbəb olub.Sərgidə fəal oxuculara “Fəxri fərman”, kənd kitabxanalarına noutbuklar hədiyyə edilib.GSTM İB-in icraçı direktoru Vüsal Əhmədov da “Fəxri fərman”la təltif olunanların arasında olub.