Sabirabad rayon Mərkəzi kitabxanası

Sabirabad rayon MKS
Elanlar
28 Mart , 2013

Müsabiqədə emblem və loqotiplərin hazırlanması üzrə təcrübəsi olan rəssam və dizaynerlər iştirak edə bilərlər. Təqdim olunan eskiz və layihələr festivalın təşkilat kömtəsi tərəfindən dəyərləndiriləcəkdir.
Müsabiqənin şərtləri belədir:
- loqo dizaynı özündə ölkəmiz, turizm və kinoya aid elementləri ehtiva etməlidir.
- original, rəngli və konseptual görünüşlü olmalıdır.

Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.
Festival qalib gəlmiş loqodan istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.
Müsabiqənin qalibinə 500 (beş yüz) manat məbləğində mükafat təqdim ediləcək. 
Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:

- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə)
- loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya))

Təklif olunacaq eskiz və layihələr may ayının 1-dək "info@bitff.az" email ünvanına göndərilməlidir. Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 MB-dan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.