Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Haqqımızda
30 Yanvar , 2015

Mərkəzləşdirilmiş kitabxana sistemi haqqında ümumi məlumat Sabirabad MKS-i üzrə M.Ə.Sabir adına mərkəzi kitabxana İlham İsgəndərov küçəsi 6 saylı beşmərtəbəli binanın bütövlükdə 1-ci mərtəbəsində yerləşir. Telefon 0143 5-60-82 Direktor: Urufov Eldar Təyyar oğlu: 051 937-65-05 Sabirabad Rayon Mərkəzi Kitabxansaı 1938-ci ildən heç bir filialı olmadan 11341 nüsxə fondla rayon mərkəzində fəaliyyətə başlamış və həmin il kitabxananın 911 nəfər oxucusu olmuşdur. 1947-ci ildə mərkəzi kitabxanaya görkəmli şairimiz M.Ə.Sabirin adı verilmişdir. Hal-hazırda Sabirabad MKS-i dövlət kütləvi kitabxanaları haqqında əsasnaməyə uyğun olaraq 3-cü kateqoriyalı kitabxana kimi fəaliyyət göstərir. Rayon üzrə 59 kitabxana vardır və ümumi fond 488163 nüsxədir ki, bunlardan 13254 nüsxəsi təbiət elmlərinə, 1344 nüsxəsi iqtisadi elmlərə, 968 nüsxəsi hüquq elminə, 1812 nüsxəsi din, fəlsəfə, psixologiya elmlərinə, 4195nüsxəsi biblioqrafiq vasitələr və məlumat nəşrlərinə,434625 nüsxəsi isə bədii ədəbiyyata aiddir Hal-hazırda rayon əhalisi 159017 nəfərdir ki, bunlardan 28939nəfəri şəhər və 130078 nəfəri isə kənd əhalisidir. Əhalinin kitabxanaya cəlb olunma faizi 19.95%-dir.