Sabirabad rayonu Muğan, Mil və Şirvan düzünün kəsişdiyi, Kür-Araz çaylarının qovuşduğu ərazidə yerləşir. Sabirabad rayonu şimaldan Kürdəmir rayonu ilə, şimal şərqdən Hacıqabul rayonu, şərqdən Şirvan şəhəri ilə, cənub şərqdən Salyan rayonu ilə, qərbdən Saatlı rayonu ilə, cənubdan Biləsuvar rayonu ilə həmsərhəddir. Sabirabad rayonu okean səviyyəsindən 16 metr, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir.
Rayonun yaranma tarixi: 1931-ci il
Ərazisi: 1469,4 km2
Rayonun ərazisində 1 şəhər
74 kənd mövcuddur.
Bakı şəhəri ilə məsafəsi: 170 km
Əhalisi: 164678 nəfər
Şəhər əhalisi: 29441 nəfər
Kənd əhalisi: 135237 nəfər
Doğulanların sayı: 3620 nəfər
Nigahların sayı: 1858
Qaçqınlar (ailənin sayı) 485
(nəfər) 2305
Məcburi köçkünlər (ailənin sayı) 1326
(nəfər) 5827
Yeni müəssisə yaradılmışdır (2009-2013 cü il): 175
Yeni iş yeri açılmışdır: 3232
(o, cümlədən daimi) 2658
Yeni müəssisə yaradılmışdır (2013 cü il): 92
Yeni iş yeri açılmışdır: 870
(o, cümlədən daimi) 749
Rayonun büdcəsi (2013-cü il) 26 mln 327 min manat
Rayonun büdcəsi (2014-cü il) 27 mln 833 min manat
Pensiyaçıların sayı (01.01.2014-cü il): 18475 nəfər
O, cümlədən:
Yaşa görə: 12157 nəfər
Əlilliyə görə: 4733 nəfər
Ailə başçısını itirdiyinə görə: 1585 nəfər
Pensiya verilmişdir (2013-cü il) 30 milyon 915 min manat
Sosial müavinət alanların sayı: 6668 nəfər
Sosial müavinət verilmişdir: 4 mln 668 min manat
Ünvanlı sosial yardım alanların sayı (2013-cü il) 2313 ailə (10408 nəfər)
Ünvanlı sosial yardım verilmişdir (2013-cü il) 2 mln 546 min manat
Şəhid ailəsi 243 nəfər
Qarabağ müharibəsi əlili 137 nəfər
Milli Qəhrəmanlar:
Mübariz Əhmədov, Fərhad Ağayev
20 Yanvar şəhid ailəsi 2 nəfər
Çernobl əlili 30 nəfər
"Azərbaycan Bayrağı" ordeni ilə təltif olunanlar:
Sərvər Rəcəbov, Maqsud Daşdıyev, Daşqın Əhmədov