Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
27 İyul , 2022
27 iyul 2022-ci il tarixdə Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan və Türk ədəbiyyatının böyük nümayəndəsi, Azərbaycan Respublikasının Dövlət Himninin söz yazarı, tərcüməçi və pedaqoq, görkəmli ictimai xadim Əhməd Cavadın 130 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində "Cümhuriyyət nəğməkarı Əhməd Cavad -130" adlı tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev Mərkəzinin və MKS-nin əməkdaşları iştirak etmişlər. Əvvəlcə sözləri Əhməd Cavada, musiqisi Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. "Əhməd Cavad - 130" adlı sərgiyə baxış keçirildikdən sonra tədbir dəyirmi masa ətrafında davam etdirildi. Stalin repressiyası -1937 qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilidi. Tədbirdə çıxış edən Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Eldar Urufov, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, MKS-nin direktor müavini Nəzakət Salmanova, Mərkəzi kitabxananın və Heydər Əliyev Mərkəzinin əməkdaşları çıxış edərək, Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən söz açıblar. Tədbir iştirakçıları Əhməd Cavad yaradıcılığı və onun Türk dünyasındakı yeri barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda Azərbaycan Respublikasının Xalq artisti Azərinin ifasında istiqlal şairi Əhməd Cavadın şeirinə bəstələnən "Çırpınırdın, Qara dəniz" mahnısı dinlənildi.