Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Elanlar
17 İyun , 2022
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən “Həftənin kitabı” layihəsi çərçivəsində Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən oxucuların müraciəti əsasında Səhabəddin Əlinin "Şüşə saray" hekayələr kitabı həftənin kitabı seçilmişdir.
Səhabəddin Əli düşüncələrinin təsirini artırmaq üçün bəzi hekayələrində satiranın gücündən isifadə edir. "Şüşə saray" kıtabında təqdim olunan hekayələr daha çox yazıçının öz başına gələn gerçək olayları əks etdirir.
...Əsla başınızın üstündə şüşə saray ucaltmayın. Amma günün birində əgər belə bir saray qurulsa, onu yıxılmaz, dağılmaz sanmayın. Ən əzəmətlisini belə çilik-çilik etmək üçün üç-dörd kəllə atmaq yetər.