Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Elanlar
13 May , 2022
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən “Həftənin kitabı” layihəsi çərçivəsində Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Elxan Elatlının “On dördüncü adam” romanı həftənin kitabı seçilmişdir.
İnsan taleyi nə qədər mürəkkəb, nə qədər qaranlıq imiş... Və bu dünyada hər kəs öz taleyini yaşayır. Başqalarından xəbərsiz... Bax, az əvvəl küçədən keçən ambulansın apardığı xəstə... O, hər kimdirsə, Bakı sakinidir. Hər halda, o xəstə real həyatda idi. Onun da öz taleyi vardı və taleyinə bir gün ambulansla klinikaya aparılmaq da yazılıbmış...