Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Haqqımızda
14 Fevral , 2022
Əziz oxucular və istifadəçilər! Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Portalına xoş gəlmisiniz!

Sabirabad rayonunda 1938-ci  ildən Mərkəziləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərir və hazırda Azərbaycan Respublikasının "Mədəniyyət haqqında", "Kitabxana işi haqqında" qanunlarına , Respublika Prezidentinin müvafiq qərar və sərəncamlarına əsaslanaraq fəaliyyət göstərməklə elm, informasiya, mədəniyyət , təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edir, onların sistemli ictimai istifadəsini təşkil etməklə cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərir.

 Kitabxananın portalı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə “ Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

        Portalımız kitabxanamızın fəaliyyəti, kitab fondu, keçirilən tədbirlər, ən çox oxunan kitablar, kitabxanaya daxil olan yeni kitablarla tanış olacaq və kitabxananın xidmətlərindən istifadə edə biləcəksiniz.

       Dəyərli oxucular və istifadəçilər  kitabxanamızın Toplu kataloq və Nəşr axtarışı  xidmətlrindən də  istifadə edə bilərsiniz.

     Kitabxanamızda olmayan kitabları portalımızda yerləşən əlavə linklər vasitəsi ilə  əldə edə bilərsiniz.

  Bundan başqa, siz portalımızda  şəhərimiz haqqında ətraflı məlumat alacaqsınız.

        Hər zaman xidmətlərimizdən istifadə edə bilərsiniz.