Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Haqqımızda
14 Fevral , 2022

Sabirabad rayon Mərkəzi kitabxanası 1938-ci ildə heç bir filialı olmadan 11341 nüsxə fondla rayon mərkəzində fəaliyyətə başlamış və həmin il kitabxananın 911 nəfər oxucusu olmuşdur. 1947-ci ildə mərkəzi kitabxanaya görkəmli şairimiz M.Ə.Sabirin adı verilmişdir. Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanası şəhərin İlham İsgəndərov küçəsi 8 saylı ünvanda yerləşən Mədəniyyət Mərkəzi binasının ikimərtəbəli korpusunda yerləşir. Sabirabad rayon MKS- üzrə Mərkəzi Kitabxana,3 şəhər, 1 qəsəbə, 52 kənd kitabxanası əhaliyə kitabxana xidməti göstərir. Sabirabad rayon MKS öz işində rəhbərlik üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Nazirlər kabinetinin qərarlarını,  Azərbaycan Respublikasının  “Kitabxana işi haqqında” qanunu əsas götürmüşdür.  MKS-nin kollektivi M.F.Axundov adına Milli kitabxananın, C.Сabbarlı adına Gənclər kitabxanasının, F.Köçərli adına Respublika Uşaq kitabxanasının da tövsiyələrindən istifadə etməklə əhaliyə kitabxana xidməti işinin daha da səmərəli təşkilinə nail olmuşdur.

    Əhalini fəal mütaliəyə cəlb etmək, siyasi, iqtisadi, hərbi vəziyyətimizi, tariximizi ,mədəniyyət və incəsənətimizi geniş oxucu kütləsi arasında təbliğ etmək məqsədi ilə MKS-də vaxtaşırı olaraq mədəni-kütləvi tədbirlər keçrilir.

   Kitabxanada oxuculara kömək məqsədi ilə əlifba və sistemli kataloqlar, mövzu və ölkəşünaslıq kartotekaları tərtib edilmişdir.
     Mərkəzi kitabxananın Oxuculara Xidmət, Uşaq, Kitabişləmə və komplektləşdirmə, Metodika və bibloqrafiya, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, İnformasiya-resurs şöbələri  vardır. Mərkəzi kitabxana oxuculara kitabxana xidmətini daha da yaxşılaşdırmaq ,informasiyanı əhalinin bütün təbəqələrinə çatdırmaq, oxucu kütləsinin daha yüksək səviyyədə mütaliəyə cəlb etmək üçün müxtəlif mövzularda ədəbi-bədii gecələr, disputlar, kitab müzakirələri, söhbətlər, oxucu konfransları, görüşlər və s. mədəni- kütləvi tədbirlər keçirir. Mərkəzi kitabxana öz işini əhatə dairəsində olan orta məktəblər, Təhsil şöbəsi, Peşə liseyi, uşaq bağçaları və digər idarə və təşkilatlarla əlaqəli şəkildə qurur. Kitabxananın gördüyü işlər vaxtaşırı  “Muğanın səsi” qəzetində işıqlandırılır.

MKS üzrə ümumi fond

486149

Latın qrafikalı ədəbiyyat

105232

Kiril qrafikalı ədəbiyyat

336453

Xarici ədəbiyyat

44464

Şəhər filialları üzrə ümumi fond

69132

Latın qrafikalı ədəbiyyat

20237

Kiril qrafikalı ədəbiyyat

37069

Xarici ədəbiyyat

11826

Kənd filialları üzrə ümumi fond

417017

Latın qrafikalı ədəbiyyat

84995

Kiril qrafikalı ədəbiyyat

299384

Xarici ədəbiyyat

32638