Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sabirabad rayon MKS
Tədbirlər
19 Fevral , 2021
19.02.2021-ci il tarixdə Sabirabad MKS-in direktoru E.Urufov kənd kitabxana filiallarının işçiləri ilə onlayn tədbir keçirmişdir. Tədbirdə ay ərzində qarşıya qoyulan məsələlər və onların həyata keçirilməsi haqqında söhbətlər aparılmışdır. Kənd kitabxana filialarının işçiləri illik iş planlarına əsasən əlamətdar tarixi günlərin şair, yazıçı, ədiblərin yubileyləri, kitabxanalarda təşkil etdikləri sərgilər, yaratdıqları şəhidlər guşəsi və mövcud problemlərlə bağlı öz fikirlərini bölüşmüşlər. Onlayn tədbirin sonunda MKS-in direktoru tədbirdə iştirak edən işçilərə öz tapşırığını vermiş və işlərində uğurlar arzu etmişdir.